AZƏRBAYCANDA SAHİBKARLIQ MÜHİTİ MÜSBƏT QİYMƏTLƏNDİRİLİR
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sifarişi ilə Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (USA) dəstəklədiyi “Sahibkarlığın inkişafına yardım” layihəsi çərçivəsində cari ilin may-iyul aylarında min nəfər kiçik sahibkar arasında sorğu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də “İSR Plaza” hotelində həmin sorğunun nəticələri açıqlanmışdır.
Məlum olmuşdur ki, respondentlərin əksəriyyəti Azərbaycanda sahibkarlıq mühitini müsbət qiymətləndirir. İştirakçıların 40 faizindən çoxu öz fəaliyyətlərini genişləndirmək niyyətindədir. Bu da kiçik sahibkarlıq subyektlərinin gələcəyə inamından xəbər verir.
Respondentlərin 63,5 faizi kiçik sahibkarlıq sahəsində rəqabət şəraitinin ədalətli olduğunu qeyd etmişdir. Daşınmaz mülkiyyətini hüquqi qeydiyyatdan keçirənlərin əksəriyyəti müvafiq normativ sənədləri aydın və dəqiq sayır.
Sorğu ölkənin paytaxtında və 11 regional mərkəzdə keçirilmişdir. Respondentlərin 61,6 faizi müəssisə sahibləri, 38,4 faizi fiziki şəxslər, 5,5 faizi isə fermerlər olmuşdur. Sorğu anketinə 41 sual daxil edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:41]
Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb
- 12.05.2026 [16:48]
KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib
- 12.05.2026 [16:35]
Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]