AZƏRBAYCANDA TALASSEMİYALI VƏ HEMOFİLİYALI XƏSTƏLƏRİN REGİSTRİ YARADILACAQ
2006-2010-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, bu xəstəliklərə meyilli adamların vəziyyətini yüngülləşdirəcək bəzi tədbirlər görmək nəzərdə tutulur. Bu məqsədlə talassemiyalı və hemofiliyalı xəstələrin registri yaradılacaq, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun maddi-texniki bazası gücləndiriləcək, talassemiyanın prenetal diaqnostikası və hemofiliyanı aşkara çıxarmaqdan ötrü molekulyar-genetik analizlər üçün laboratoriyalar yaradılacaq, bu irsi xəstəliklərin daşıyıcılarının sanatoriya-kurort müalicəsi təşkil olunacaq, xəstə uşaqlar üçün yay düşərgələri açılacaqdır.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizin hər 12-ci vətəndaşı talassemiya geninin daşıyıcısıdır, hər il respublikada təxminən 200 xəstə uşaq doğulur. Lakin həkimlər hesab edirlər ki, real rəqəm bu göstəricidən xeyli çoxdur, çünki bölgələrdə xəstələrin diaqnostikası üçün şərait yoxdur və onlar rəsmi qeydiyyatdan keçmirlər.
Ölkəmizdə 900 nəfər talassemiyalı, 1000 nəfər isə hemofiliyalı xəstə qeydiyyata alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]