AZƏRBAYCANDA YENİ KARTLI TAKSOFONLAR TƏTBİQ EDİLƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tezliklə Azərbaycanda yeni kartlı taksofonlar istifadəyə veriləcəkdir. Bu aparatlar simsiz olacaq, şəhərlərarası, beynəlxalq, eləcə də mobil danışıqlar maneəsiz həyata keçiriləcəkdir. Yeni taksofonlar respublikamıza Tayvandan gətirilir.
İlkin mərhələdə TATUNQ tipli 80 ədəd GSM markalı taksofonla yanaşı, 500 ədəd nəzarət və 30 ədəd günəş batareyası sisteminin də gətiriləcəyi planlaşdırılır.
Kartlı taksofonlardakı nəzarət sistemi vasitəsilə onlardan necə istifadə edildiyini və hansı taksofondan nə qədər danışıq aparıldığını, həmçinin hansı aparatda nə hadisə baş verdiyini dərhal görmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]