Azərbaycanda yeni milli parklar yaradılacaqdır
Azərbaycan Ekologiya Standartları Monitorinq Fondundan AZƏRTAC-a verilən məlumata görə, meşə bərpası işlərinin genişləndirilməsi, meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbətinin 12,5 faizə çatdırılması, atmosfer havasının qorunması, nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqların salınması da tədbirlər planında qeyd edilmişdir.
Sənəddə əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün kənd yerlərində su mənbələrinin qeydiyyata alınması və sanitar-mühafizə zonalarının müəyyən edilməsi, daşqınla bağlı zonaların xəritələşdirilməsi, mütəmadi olaraq proqnozların müvafiq qurumlara çatdırılması öz əksini tapmışdır.
2015-ci ilədək ətraf mühit üzrə Gəncə, Masallı, Quba, Şirvan və Şəkidə regional kompleks monitorinq laboratoriyaları yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]