İQTİSADİYYAT
Azərbaycanda yeni sınaq laboratoriyalarının yaradılması müzakirə olunub
Bakı, 5 dekabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələrinə dair növbəti görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni sınaq laboratoriyalarının yaradılması və onların maddi texniki təchizatının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirdə bir sıra dövlət qurumlarının, o cümlədən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş müstəqil sınaq laboratoriyalarının 100-dən çox nümayəndəsi iştirak edib.