AZƏRBAYCANDAN GÜRCÜSTANA QAÇAQMAL GƏTİRMƏYƏ CƏHD EDƏN ŞƏXS YAXALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan maliyyə polisi Kvemo Kartli-Borcalı bölgə idarəsinin əməkdaşları 7.012 lari dəyərində müxtəlif adda sənaye mallarını qaçaqmalçılıq yolu ilə Azərbaycandan Gürcüstana gətirməyə cəhd edən David Novruzovu yaxalamışlar.
Gömrük qaydalarını pozduğuna görə onun barəsində cinayət işi qaldırılmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi