Azərbaycandan keçən Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib
Bakı, 14 iyul, AZƏRTAC
Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, 82 konteynerdən ibarət növbəti qatar operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” olan “Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb. İyirmi futluq konteynerlər limanda aşırıldıqdan sonra platformalara yüklənərək dəmir yolu vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə gəmilərlə İtaliyaya çatdırılacaq. Daşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası başlayandan Çindən İtaliyaya mütəmadi olaraq tomat pastası daşıyan konteyner qatarlarının hərəkətində fasilə yaranmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]