Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın 2023 hədəfləri: Türk əsrinə doğru

Azərbaycanın 2023 hədəfləri: Türk əsrinə doğru

Bakı, 13 yanvar, AZƏRTAC

Tarix elə bir prosesdir ki, bəzən bir hadisə yüzillik bir gedişatı durdurur və yeni bir mərhələnin başlanğıcını qoyur. Bu baxımdan tam əminliklə demək olar ki, 2020-ci il sentyabrın 27-də başlayan, Zəfərlə başa çatan Vətən müharibəsi tək Azərbaycan üçün deyil, bütövlükdə region, hətta Balkan regionundan Uzaq Şərqə qədər böyük bir coğrafiyada Türk dünyası üçün yüksəliş dönəminin əsasını qoydu. Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Əhməd bəy Ağoğlu kimi dahi fikir adamlarımızın "XXI əsr türk əsri olacaq" öncəgörməsi özünü doğrultmaqdadır. Yeni qədəm qoyduğumuz 2023-cü illə bağlı Türk dünyasının iki böyük lideri - Türkiyə və Azərbaycan prezidentlərinin verdiyi mesajlar, göstərdiyi hədəflər yüz illərdi istiqlalı və hürriyyəti çeynənən bir millətin dünyada öz haqqına qovuşacağının anonsudur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

Fəzail İbrahimli bildirib ki, qardaş Türkiyə Cümhuriyyəti bu il yaranmasının 100-cü ildönümünü qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir" mesajı qardaş ölkənin yeni siyasi dönəmə başlayacağına işarədir. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışında səsləndirdiyi "Türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr Türk dünyası əsri olmalıdır" hədəfini bu günlərdə sayın Ərdoğan "Türk əsri başlayır" deyə qətiləşdirdi.

Türk dünyasının gələcəyinə yönəlik bu mesajlar hazırkı geosiyasi durumdan qaynaqlanır ki, belə bir müsbət dəyişikliyin də əsas səbəbi yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Qarabağ zəfəridir. İşğal altında saxlanılan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda yeni reallıqlar yarandı və Türkiyə başda olmaqla bütün Türk dünyası qlobal müstəvidə yeni gücə çevrildi. Avrasiyanın qərbindən şərqinədək uzanan türk zolağının qızıl körpüsü olan Azərbaycan bu gün öz tarixi haqlarını bərpa etməklə də yüz illər boyunca dünya imperializminin parçaladığı Türk dünyasını coğrafi baxımdan birləşdirmək missiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin Yenil ildə xalqa təbrik çıxışında və yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajlar məhz bu hədəfi açıq göstərir.

Azərbaycanın Zəfər savaşının nəticələrinin dünyaya qəbul etdirilməsini vurğulayan ölkə rəhbəri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsini yenidən gündəmə gətirərək “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” mesajı ilə məsələyə möhür vurdu. Eyni zamanda, Bakıdan, Naxçıvandan keçməklə Türkiyəyə açılacaq yoldan danışan Prezidentin “Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq” fikri bölgənin gələcək bütün taleyinin məhz Azərbaycan-Türkiyə maraqları çərçivəsində həll ediləcəyinə eyham vurmuş oldu. Bu layihənin icrası ilə Azərbaycan min illər boyu Türk nəzarətində olan tarixi İpək yolunun bərpasına nail olur. Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizləri birləşdirilib. Azərbaycan artıq bizim soy-kök qardaşlarımız, Xəzərin şərq sahilində yerləşən türkdilli ölkələr üçün tranzit ölkə rolunu oynayır. Dünya siyasi gücünün iqtisadi imkanlarla birbaşa bağlı olduğu indiki dönəmdə qədim İpək yolunun bərpası Türk əsrinin reallaşması üçün əvəzolunmaz şərtdir və bu proses də Azərbaycanın liderliyi ilə aparılır.

Diqqətə çatdırılıb ki, müstəqilliyinin ilk illərində ərazisi işğal olunmuş, iqtisadiyyatı çökmüş, dövlət olaraq varlığı belə sual altında olan Azərbaycanın bu gün tarixə möhür vuran, böyük bir regionun geosiyasi durumunu dəyişəcək prosesə start verməsi heç şübhəsiz uzun, çətin, amma şərəfli bir siyasi iradənin nəticəsidir. Bu gün ordusu və siyasi mövqeyi ilə dünyanın aparıcı ölkələri ilə bir sırada duran Azərbaycan qlobal iqtisadi böhran şəraitində nəinki işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq layihələrini icra edir, həm də sosial islahatları davam etdirir. Bütün bunlar regionun lider dövləti kimi Azərbaycanın qüdrətinin və qarşıya qoyulan hədəflərə nail olunmasının əsas şərtidir.

Tarix həm də təsadüfləri sevmir. 2023-cü ildən Türk əsrinin başlaması həm də iki böyük Türk Liderinin adı ilə bağlıdır. Bu il dahi rəhbər Mustafa Kamal Atatürkün qurduğu Cümhuriyyətin və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bu iki böyük Türk Liderinin davamçıları olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin tarixi yubileyə ən gözəl töhfəsi elə Türk əsrinin başlanmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb