Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Almaniya ilə oyun üçün heyəti müəyyənləşib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının heyəti müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək futbolçular məlum olub.
Oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq oyun üçün yığmaya 22 oyunçu dəvət olunub.
Heyətdə Fəhmin Muradbəyli, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Alen Askerov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Pərviz Qaraxanov (“Səbail”), Aydın Bayramov (MOİK), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloglu (“Eyupspor”, Türkiyə), Mustafa Ozhitay (“SSV Ulm 1846”, Almaniya) yer alıblar.
Qeyd edək ki, üç futbolçu - Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]