AZƏRBAYCANIN 21 YAŞLILARDAN İBARƏT YIĞMA KOMANDASI BEYNƏLXALQ TURNİRDƏ QÜVVƏSİNİ SINAYACAQDIR
Azərbaycan Otüstü Xokkey Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 21 yaşadək oğlanlardan ibarət otüstü xokkey üzrə milli komanda (U-21) Ukraynanın Vinnitsa şəhərində keçirilən təlim-məşq toplanışını başa vurmuşdur.
Xokkeyçilərimiz hazırlıq prosesi çərçivəsində ukraynalı həmyaşıdları ilə 3 yoldaşlıq görüşü keçirmişdir. İlk oyunda 3:7 hesabı ilə məğlub olan yığmamız növbəti matçda bir top fərqi ilə qalib gəlmişdir - 5:4. Üçüncü qarşılaşmada isə tərəflər hərəyə 3 qol vuraraq, heç-heçəyə razılaşmışlar.
Qeyd edək ki, U-21 Avropa çempionatına hazırlığı Belarusda davam etdirəcəklər. Bu məqsədlə milli komanda bu gün Vinnitsadan Minskə yollanacaqdır və burada beynəlxalq turnirdə qüvvəsini sınayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]