Azərbaycanın 3 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bakı, 13 iyun, AZƏRTAC
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 3 idmançısı tatamiyə çıxacaq. Onların hər biri mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
Kişilərin mübarizəsində Əhməd Yusifov (60 kiloqram) startda yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq. Qadınların yarışında isə Leyla Əliyeva türkmənistanlı Kurbanay Kurbanovanı, Könül Əliyeva (hər ikisi 48 kiloqram) ABŞ-dən olan Mariya Seliya Labordeni sınağa çəkəcək.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da, final bloku isə 20:00-da başlayacaq.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]