Azərbaycanın “Bakı Ağ Şəhər” layihəsi finala çıxmışdır
Bakı, 19 sentyabr (AZƏRTAC). Xarici investisiyaları Sakit okean regionunda tikintiyə cəlb etmək, həmçinin sahibkarların əlaqələrini təşkil etmək məqsədi daşıyan MIPIM Asia Awards 2011 müsabiqə-sərgisi 2006-cı ildən etibarən hər il Honkonqda keçirilir. Münsiflər heyətinin tərkibinə Sinqapur, Honkonq, Fransa, Rusiya və digər ölkələrin daşınmaz əmlak üzrə aparıcı ekspertləri daxildir.
AZƏRTAC xəbər verir ki, müsabiqə-sərginin “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında Azərbaycanın “Bakı Ağ Şəhər” layihəsi finala çıxmışdır. “Bakı Ağ Şəhər” layihəsi “Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar.
Qaliblərin adı münsiflər heyətinin qapalı səsverməsinin, həmçinin sərgi iştirakçılarının onlayn rejimdə virtual qiymətlərinin nəticələrinə əsasən bu il noyabrın 16-da məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]