Azərbaycanın Baş naziri və Gürcüstanın Prezidenti birgə işçi nahar ediblər
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də birgə işçi nahar ediblər.
AZƏRTAC xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.