Azərbaycanın boks hakimlərinin beynəlxalq kateqoriyası yüksəldilib
Bakı, 17 aprel, AZƏRTAC
Boks üzrə Azərbaycan referiləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçiblər.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.
Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. Beynəlxalq Boks Federasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 5-ə yüksəlib. Daha öncə Emil Qurbanəliyevlə Anar Babanlı bu kateqoriyaya layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]