AZƏRBAYCANIN DAHA İKİ FUTBOLÇUSU ALMANİYAYA YOLLANACAQDIR
Bakı, 5 yanvar (AZƏRTAC). AFFA ilə Almaniyanın “Ayntraxt” klubu arasında bağlanmış sazişə əsasən, bu ayın sonunda Azərbaycanın 17 yaşadək yığma komandasının daha iki üzvü FİFA və UEFA-nın qaydalarına uyğun olaraq, bu komandanın düşərgəsində təlim-məşq toplanışında iştirak edəcək. Həmin futbolçular məşqçilər korpusu tərəfindən müəyyənləşəcək.
Qeyd edək ki, ötən ilin sonunda 17 yaşlılardan ibarət Azərbaycan yığmasının iki üzvü - Emin Mehdiyev və Andrey Papoviç “Ayntraxt”ın tərkibində təlim-məşq toplanışında iştirak etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]