Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsində Heydər Əliyevin böyük xidmətləri olub
Buxarest, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Rumıniyanın Buxarest şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Xiyabanında Ümummilli Liderin xatirəsi yad edilib. Mərasim iştirakçıları Ulu Öndərin şəhərdəki büstü önünə əklillər qoyublar.
Çıxış edən Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi Tehran Şükürov dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkədə sabitliyin bərqərar edilməsində, iqtisadi-sosial inkişafın təmin olunmasında, demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında, respublikamızın dünyada mövqelərinin möhkəmlənməsində Heydər Əliyevin xidmətlərindən danışıb, bu siyasətin hazırda uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:09]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 08.05.2026 [17:22]