Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 18 mart, Elvin Camalov, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Argentina və Meksika olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 185,8 milyon ABŞ dolları, Argentina ilə 9,5 milyon dollar, Meksika ilə 9 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən İspaniya və Argentina ilə ticarət dövriyyəsi artıb, Meksika ilə azalıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. Cari ildə Argentinadan idxalın dəyəri 9,5 milyon dollar, İspaniyadan 9,1 milyon dollar, Meksikadan isə 9 milyon dollar təşkil edib. İspaniya və Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, Argentinadan artıb.
İki ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr İspaniya və Ekvador olub. İspaniyaya ixracın dəyəri 176,7 milyon dollar, Ekvadora isə cüzi olub. İspaniyaya və Ekvadora məhsul ixracı artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:11]
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
- 10.06.2026 [22:57]