İDMAN
Azərbaycanın ən güclü cüdoçuları “IPIC Arena”nın tatamisində
![Azərbaycanın ən güclü cüdoçuları “IPIC Arena”nın tatamisində](/files/2017/3/1200x630/15090242773323835498_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-dan 28-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə kişilər və qadınlar arasında cüdo üzrə iri beynəlxalq turnir - “Böyük dəbilqə” Kuboku keçirilir.
AZƏRTAC xəbər verir ki, bu turnir Olimpiya Oyunları və dünya çempionatından sonra ən nüfuzlu və reytinqli yarışlardan biridir. İl ərzində 5 belə turnir keçirilir. 2017-ci ildə bu hüquqa Paris (Fransa), Tokio (Yaponiya), Abu-Dabi (BƏƏ), Bakı (Azərbaycan) və Yekaterinburq (Rusiya) layiq görülüblər. Belə ki, Fransa, Yaponiya və Rusiya illərdir ki, dəyişməyən təşkilatçıdırlar.
İştirak barədə 48 ölkənin 290 idmançısından ərizə daxil olub.
Bu gün kişilərin yarışında 60 kq və 66 kq çəki dərəcələrində, həmçinin qadınların yarışında 48, 52 и 57 kq çəki dərəcələrində ən güclü iştirakçılar müəyyən ediləcək. Bugünkü mükafatlar uğrunda cəmi 50 kişi və 52 qadın cüdoçu, o cümlədən Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Belarusdan olan aparıcı ustalar mübarizə aparacaq.
Azərbaycanın yığma komandasından “IPIC Arena” tatamisinə Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər ikisi - 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), qadınlardan isə Ayişə Qurbanlı (48 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) çıxacaqlar.