Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib VİDEO
Xankəndi, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışlarda 7 ölkədən 40 idmançı iştirak edir. Oxatma yarışlarında ölkəmiz 3 oğlan, 3 qız olmaqla, 6 idmançı ilə təmsil olunur.