Azərbaycanın güləş hakimi Türkiyədəki beynəlxalq turnirə təyinat alıb
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev beynəlxalq təyinat alıb.
Bu barədə AZƏRTAC-a I-S (güləşdə ən yüksək hakimlik kateqoriyası) dərəcəli referi özü məlumat verib.
O, iyulun 31-dən avqustun 2-dək Türkiyənin Kocaeli şəhərində böyüklər arasında keçiriləcək sərbəst və yunan-roma güləşi üzrə beynəlxalq turnirə Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi (deleqat) təyin olunduğunu bildirib: “Bu təyinat mənə göstərilən böyük etimaddır. Nümayəndə vəzifəsi hər hakimə həvalə olunmur. Təşkilat bu təyinatları hakimlərin təcrübəsinə, peşəkarlığına və idarəetmə bacarıqlarına əsaslanaraq verir. Bu, həm Azərbaycan güləşinin, həm də hakimlik məktəbimizin nüfuzunun növbəti göstəricisidir".
Daha əvvəl də Rusiya və Türkiyədə keçirilən müxtəlif beynəlxalq yarışlarda deleqat kimi fəaliyyət göstərdiyini xatırladan A.Şirəliyev bu təyinatın onun karyerasında növbəti məsuliyyətli addım olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]