Azərbaycanın iki güləş hakimi I kateqoriyaya yüksəlib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycanın iki güləş hakimi I kateqoriyaya yüksəlib.
Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, Eldar Bayramov bu il İspaniya “Qran-Pri”sində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub. Buna qədər II kateqoriyada xalça üzərində fit səsləndirən hakimlərimiz növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.
Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]