Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın iqtisadi irəliləyişi və gələcək hədəflər ŞƏRH

Azərbaycanın iqtisadi irəliləyişi və gələcək hədəflər  ŞƏRH

Bakı, 28 sentyabr, AZƏRTAC

İqtisadiyyat hər bir dövlətin inkişafının və mövcudluğunun əsas təməlidir. Güclü və dayanıqlı iqtisadiyyat ölkədə daxili sabitlik və sosial rifah yaratmaqla yanaşı, beynəlxalq arenada onun nüfuzunun artmasına da müsbət təsir edir. İqtisadiyyatı inkişaf etmiş ölkələrin vətəndaşlarının həyat səviyyəsi yüksəlir, maddi rifahı yaxşılaşır və sosial təminatlarının keyfiyyəti artır. Eyni zamanda, iqtisadi güc dövlətin müdafiə qabiliyyətini, siyasi müstəqilliyini və xarici siyasətini daha da möhkəmləndirir. Buna görə də, dövlətlər iqtisadiyyatlarını inkişaf etdirmək üçün müxtəlif strategiyalar tətbiq edərək qlobal iqtisadi trendlərə uyğunlaşmağa çalışırlar.

Prezident İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı, ölkəmizin iqtisadi siyasət istiqamətlərini daha da aydınladan və qarşıdakı illərdə əsas prioritetləri müəyyənləşdirən mühüm bir tədbir oldu. Dövlətimizin başçısı nitqində həm daxili, həm də xarici iqtisadi amillərə toxunaraq, Azərbaycanın davamlı inkişafı və iqtisadi sabitliyinin təmin olunması üçün qəbul edilən qərarları və tədbirləri ətraflı təqdim etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov səsləndirib.

Qlobal iqtisadi çətinliklər fonunda ölkəmizin öz resurslarını düzgün idarə etdiyini və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan Z.Əsgərov deyib: “Dövlətimizin başçısı son illərdə neft sektorunda yaranan problemlərə baxmayaraq , qeyri – neft sektorundakı 7 faiz artımın ölkəmizin iqtisadi inkişafındakı balansı tənzimlədiyini, hazırda neft–qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparıldığını diqqətə çatdırdı. Azərbaycanın bundan sonrakı hədəfi iqtisadiyyatımızı şaxələndirərək dayanıqlı inkişaf modelini təkmilləşdirmək, inflyasiyanı normada saxlamaqdır.

Prezident İlham Əliyev çıxışında ölkə qarşısında hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə vəsaiti tələb edən vəzifələrin durmasına baxmayaraq, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artıralacağından da bəhs etmişdir. Bu qərar həssas təbəqə sayılan vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Şübhəsiz ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edilməsi nəticəsində Azərbaycan dövlətinin gücünü daha da artırması xarici investorların bizə qarşı münasibətinə müsbətyönümlü təsir edib”.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycanın iqtisadi inkişafının əsas sütunlarından biri xarici və daxili sərmayə qoyuluşu üçün yaradılmış əlverişli şəraitdir. Ölkədəki müsbət sərmayə iqlimi uzun illərdir ki, davam edir. Azərbaycan adambaşına düşən investisiyaların həcminə görə qabaqcıl ölkələr sırasındadır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəyə cəlb olunan sərmayələr iqtisadiyyata güclü təkan verir, yeni iş yerlərinin yaranmasına və gəlirli layihələrin reallaşdırılmasına şərait yaradır. Xüsusilə, son illər ərzində həyata keçirilən iqtisadi islahatlar xarici sərmayədarlar üçün Azərbaycanı daha da cəlbedici edir.

“Dövlətimizin başçısı ölkənin iqtisadi inkişaf strategiyalarından birinin də sənayeləşmə prosesinin gücləndirilməsi və yeni sənaye parklarının yaradılması olduğunu qeyd edərək, Azərbaycanın suverenliyinin tam bərpasından sonra işğaldan azad ərazilərdə - Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılmasının iqtisadiyyatımız üçün çox müsbət nəticələr doğurduğunu diqqətə çatdırdı. Təbii ki, bu sənaye parkları daxili bazarın ehtiyaclarını təmin etməklə yanaşı, həm də xarici bazarlara ixracyönümlü məhsulların istehsalını təmin etməyə imkan verir. Yeni sənaye sahələrinin yaradılması işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mühüm rol oynayır və həmin bölgələrin iqtisadiyyatına yeni nəfəs verir.

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücünü göstərən əsas amillərdən birinin də dövlətin xarici borcunun azaldılması istiqamətində görülən tədbirlər olduğunu bildirdi. Son illərdə ölkə iqtisadiyyatının inkişafı Azərbaycanın öz xarici borcunu minimum səviyyəyə endirməsi ilə nəticələnib. Hazırda xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 7,5 faiz təşkil edir ki, bu da dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır. Bu siyasət dövlətə gələcəkdə daha az vəsaiti borcun qaytarılmasına sərf etməyə və ölkənin daxili inkişafına daha çox sərmayə yatırmağa imkan verəcək. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsi də dövlətin iqtisadi potensialını əks etdirir. Azərbaycan Respublikası heç bir xarici yardıma ehtiyac duymadan, öz daxili resursları hesabına büdcəni formalaşdırır və iqtisadi inkişafı davam etdirir. Xarici borcun azalması ilə paralel olaraq, dövlət büdcəsi hər il artmaqdadır. Bu isə ölkənin sosial və iqtisadi layihələrə daha çox maliyyə vəsaiti ayırmasına şərait yaradır”, - deyə Z.Əsgərov vurğulayıb.

Ölkənin təhlükəsizliyinin təmin edilməsinin dövlət strategiyasında mühüm yer tutduğunu diqqətə çatdıran Milli Məclis sədrinin müavini deyib: “Ali Baş Komandanımız dövlətin hərbi potensialının gücləndirilməsinə daim önəm verib, bu sahədə mühüm tədbirlər görüb. O, çıxışında da gələn ilin büdcəsində əsas xərclərin bir hissəsinin ölkənin hərbi sənaye kompleksinin inkişafına yönəldiləcəyini diqqətə çatdırdı. Sözsüz ki, bu qərar Azərbaycanın müdafiə qabiliyyətini artıraraq, regional təhlükəsizliyə və sabitliyə mühüm töhfə verəcək. Eyni zamanda, sosialyönümlü layihələr və Qarabağın, Şərqi Zəngəzurun bərpası kimi vacib infrastruktur layihələri də dövlətin diqqət mərkəzindədir. Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və sosial infrastruktur layihələrinin həyata keçirilməsi, həmin bölgələrdə iqtisadi həyatın canlanması və yerli əhalinin sosial rifahının yüksəldilməsi baxımından əhəmiyyətlidir”.

Artıq Azərbaycanın iqtisadi inkişaf modelinin dünyada özünü təsdiqlədiyini qeyd edən Z.Əsgərov Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dövlətimizin öz resurslarına arxalanaraq, heç kimdən asılı olmayan müstəqil və güclü iqtisadiyyat qurduğunu vurğulayıb.

“Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasət və islahatlar ölkəni regionda lider dövlətlərdən birinə çevirib. Müsbət sərmayə iqlimi, yeni sənaye parklarının yaradılması, xarici borcun azaldılması və iqtisadi müstəqillik Azərbaycanın inkişaf modelinin əsas təməl daşlarıdır. Bu strategiyalar ölkənin iqtisadi sabitliyini təmin etməklə yanaşı, ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da gücləndirir və onun qlobal miqyasda öncül dövlətlərdən biri kimi çıxış etməsinə şərait yaradır.

Prezident İlham Əliyevin iqtisadi məsələlərə dair müşavirədəki çıxışı Azərbaycanın cari iqtisadi vəziyyətini göstərməklə yanaşı, qarşıya qoyulan hədəflərə doğru inamla addımladığının da sübutudur”, - deyən Ziyafət Əzgərov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub  YENİLƏNİB

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır