Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İtaliyadakı səfiri: Ermənistan Xocalı soyqırımına görə faciə qurbanlarından üzr istəməlidir

Azərbaycanın İtaliyadakı səfiri: Ermənistan Xocalı soyqırımına görə faciə qurbanlarından üzr istəməlidir

Roma, 24 fevral, AZƏRTAC

İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə qeyd olunur ki, hər il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciənin anılması zamanı Azərbaycanda bütün həyat sanki dayanır, təkcə o faciəni canlı olaraq yaşayanlar deyil, həm də daha sonra dünyaya gələn hər bir azərbaycanlı həmin anım gününü dərin hüznlə yaşayır və bütün azərbaycanlıları baş verənləri unutmamağa, həqiqətləri danışmağa və ədalətə ümid etməyə olan ehtiyac birləşdirir.

Səfir həmin uzun və dəhşətli gecədə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini mühasirəyə alaraq işğal etdiyini və dinc əhaliyə qarşı bəşəriyyətin indiyədək gördüyü ən böyük vəhşiliklərdən birini törətdiyini bildirərək faciənin acı nəticələri haqqında məlumat verib. O, Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsinin tək və ya təsadüfi bir akt deyil, Ermənistanın nifrət, irqi və etnik ayrı-seçkilik ideyalarına əsaslanan geniş yayılmış və sistemli vəhşilik siyasətinin və praktikasının bir hissəsini təşkil etdiyini, Xocalıda qətlə yetirilənlərin yeganə “günah”ının isə məhz azərbaycanlı olmaları olduğunu vurğulayıb.

Xocalıda baş verənlərin Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin təcəssümü olmaqla yanaşı, münaqişə zamanı Ermənistan hərbi qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi vəhşiliyin ən yüksək nöqtəsi olduğunu bildirən M.Əhmədzadə sözlərinə belə davam edib: “Ermənistanın Xocalıya hücumunda əsas məqsədi təkcə bu şəhəri işğal etmək deyil, həm də Azərbaycanın Qarabağ bölgəsində və ətraf ərazilərində yaşayan azərbaycanlıların gözlərində dəhşət yaratmaq idi. Ermənistan Xocalıda qanlı qırğın törətməklə Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başlamış, ölkəmizin ərazisinin 20 faizini hərbi yolla işğal etmiş, bir milyondan artıq azərbaycanlıya münasibətdə etnik təmizləmə həyata keçirmiş, onları öz yurd-yuvalarından zorla qovmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etmişdir. İşğal zamanı ümumilikdə 30 min insan həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur, 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyi hələ də naməlum olaraq qalmaqdadır”.

Diplomat məqaləsində 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan tərəfindən qəsdən mülki azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş ağır cinayətlərdən bəhs edib, istər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə dinc azərbaycanlı əhalinin bombalanmasının Ermənistan hakimiyyətinin mülki azərbaycanlılara qarşı düşünülmüş siyasətinin və sistemli zorakılıq aktlarının bariz sübutu olduğunu bildirib.

Məqalədə Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət verilməsi istiqamətində aparılan işlərə diqqət çəkən səfir bildirib: “Artıq uzun illərdir ki, Xocalı hadisələrinin xatirəsinin anılması ölkəmizin hüdudlarını aşıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün başlanılmış “Xocalıya ədalət!” kampaniyası faciə ilə bağlı dəhşətli faktların, Xocalı həqiqətlərinin milyonlarla insana çatdırılmasında həlledici rol oynayıb. “Xocalıya ədalət!” kampaniyası nəticəsində bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi kəskin şəkildə pislənilib və soyqırımı cinayəti kimi tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Xocalıda mülki azərbaycanlıların qətlə yetirilməsinin “müharibə cinayəti və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusilə ağır hərəkətlər” olduğu barədə qərar çıxarıb”.

M.Əhmədzadə məqaləsində İtaliyada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər barədə məlumat verərək deyib: “Azərbaycanla dost və həmrəy olan İtaliyada son illər ərzində bu kampaniya çərçivəsində Xocalıda baş verənlər barədə həqiqətlərin yayılması məqsədilə çoxsaylı tədbirlər keçirilib. Bu xüsusda, Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı italyan aktyorlar və musiqiçilərin iştirakı ilə ədəbi-musiqili tamaşa, litvalı müharibə jurnalisti Rikardas Lapaitisin xatirələri əsasında çəkilmiş “Sonsuz dəhliz” sənədli film bir neçə dəfə nümayiş etdirilib, 2018-ci ildə Senatın Kitabxanasında Arye Qut və Əmir Qutun həmmüəllifi olduqları “Ağrı” kitabının və 2019-cu ildə Deputatlar Palatasında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın iştirakı ilə Barbara Kassaninin müəllifi olduğu və bu faciədən bəhs edən “Bakıda taksi sürücüsü” kitabının təqdimatı keçirilib. Bununla yanaşı, kampaniya çərçivəsində, həmçinin akademik qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən çoxsaylı seminarlar, konfranslar, İtaliyadakı Azərbaycan icması təşkilatları, tələbələrimiz və italyan dostlarımızın təşəbbüsü ilə İtaliyanın müxtəlif şəhərlərinin əsas meydanlarında aksiyalar və nümayişlər də keçirilib. Fürsətdən istifadə edərək, bu kampaniyaya dəstək verən, Xocalıda törədilmiş cinayətləri pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən hər kəsə, o cümlədən çoxsaylı italyan parlamentarilərə, akademik və mədəniyyət çevrələrinin nümayəndələrinə, jurnalistlərə dərin təşəkkürümü bildirirəm”.

Səfir Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İtaliyada bir sıra tədbirlərin keçiriləcəyini, bu xüsusda, Romada Arye Qut və Amir Qutun həmmüəllifləri olduqları kitabdan ilhamlanan italyan yazıçı Klaudia Di Domenikonun ssenari müəllifi olduğu “Ağrı” adlı ədəbi-musiqili tamaşanın nümayiş olunacağını bildirib. Bu il həm də Xocalı soyqırımının tanınması ilə bağlı irəli sürülən “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” təşəbbüsü ilə bağlı İtaliyada tədbirin keçiriləcəyini deyən diplomat bu təşəbbüs barədə də məlumat verib. Səfir bölgədə real barışıq və münasibətlərin normallaşması üçün 30 ildir inkar siyasəti yürüdən Ermənistanın Xocalı faciəsinə görə öz məsuliyyətini etiraf etməsinin və faciə qurbanlarından üzr istəməsinin vacib olduğunu qeyd edib. Bütün bunların istər tarixi nümunələr, istər Ermənistanın keçmişi ilə hesablaşması, istərsə də regionda dayanıqlı sülhün bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

M.Əhmədzadə məqaləsini bu fikirlərlə tamamlayıb: “Bu dəhşətli faciənin 30-cu ildönümü günündə Xocalıya ədalət deyə çağıran səsin daha da ucalmasının vaxtı çatıb. XX əsrin sonlarında bütün sivil bəşəriyyətin gözü önündə Xocalıda törədilən vəhşiliklərə biganəlik, yüzlərlə dinc insanın qətlə yetirilməsinin cəzasız qalması yeni faciələrə yol aça bilər. Biz bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsini və bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan bu qətliamı soyqırımı kimi tanımasını gözləyirik. Bütün bunlar Xocalı qurbanlarının anılması və bu faciəyə münasibətdə ədalətin bərqərar olması üçün vacibdir”.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər