Azərbaycanın milli bayramı - 28 May – Respublika Günü Stokholmda qeyd edilmişdir
Bakı, 30 may (AZƏRTAC). Stokholmda İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşkilatçılığı ilə ölkəmizin milli bayramı 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, konqresin sədri Emil Mirzəyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışmışdır. Bildirmişdir ki, bu gün “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edən Bakı o dövrdə də bölgənin siyasi, iqtisadi və mədəni həyatında vacib rola malik olmuşdur.
İAK-ın sədr müavini Elyar Məhərrəmov təmsil etdiyi qurumun iki yaşının qeyd edildiyini diqqətə çatdırmışıdır. O, qısa bir zamanda İAK-ın azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyası, bu ölkədə yaşayan soydaşlarımızın maraqlarının müdafiə edilməsi, eləcə də Azərbaycanın zəngin və qədim mədəniyyətinin İsveçdə təbliğ olunması istiqamətindəki xidmətlərini xüsusi vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]