Azərbaycanın MMA döyüşçüləri beynəlxalq turnirdə qələbə qazanıblar
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycanın MMA döyüşçüləri "Oktaqon" liqasının 55-ci peşəkar turnirində uğurla çıxış ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Anar Əzizli (61 kiloqram), Heydər Abdullayev (57 kiloqram), Məhəmməd Abdullayev (+93 kiloqram) və Heydər Qasımzadə (71 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.
Qeyd edək ki, yarış Qazaxıstanın Almatı şəhərində təşkil olunub.