Azərbaycanın müdafiə naziri Serbiyanın ölkəmizdə yeni təyin olunan səfiri ilə görüşüb
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Draqan Vladisavlyeviç ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanaraq bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdirildiyi bildirilib.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-Serbiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Səfir Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını təklif edib.
Tərəflər ölkələrimiz arasındakı münasibətlər, bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]