Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında səfərdədir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda “Müştərək qərargahın idarəedilməsi”, həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən “Qərargahın idarəedilməsi” kurslarının buraxılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlarını təqdim edib.
Daha sonra rəmzi yaş kötüyünə emblemlər vurulub və məzunlara sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib
- 24.09.2026 [15:48]
“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO
- 24.09.2026 [14:59]