Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Müstəqillik Günü münasibətilə Tbilisidə rəsmi qəbul təşkil olunub

Tbilisi, 25 may, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisi şəhərində 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani, Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, parlamentin deputatları, elm, ictimaiyyət nümayəndələri, din xadimləri, Türkiyənin səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstanda akkreditə olunan diplomatik korpusun əməkdaşları və soydaşlarımız iştirak ediblər.

Tədbirin keçirildiyi otelin foyesi və zal Azərbaycan Bayraqları, rəmzləri, Şuşanın maketi ilə bəzədilmişdi.

Təntənəli mərasimdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Səfir Faiq Quliyev çıxış edərək deyib ki, cari il Azərbaycan və Gürcüstan dövlətlərinin, eyni zamanda, bölgəmizin tarixi üçün çox əlamətdardır. 105 il əvvəl, 1918-ci ilin mayın 26-da Gürcüstanın dövlət müstəqilliyi bəyan edilib. Ondan iki gün sonra, mayın 28-də isə Azərbaycan öz qədim dövlətçilik ənənələrinə yenidən qovuşmuş, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması barədə İstiqlal Bəyannaməsi qəbul edilmişdir.

Eyni zamanda, cari il Azərbaycanda dövlət səviyyəsində, həmçinin dünyanın əksər ölkələrində müasir Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və Gürcüstanın böyük dostu Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi qeyd olunur. O cümlədən cari il qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bütün bu tarixi paralellər Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz tarixi bağlılığının əyani təzahürləridir.

Qeyd olunub ki, AXC-nin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir çox mühüm nailiyyətlərə imza atılıb.

Diplomat ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə, müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşdiyini qeyd edib. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində Azərbaycanın dayanıqlı inkişafının təmin olunduğunu vurğulayıb. Bildirib ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin hərtərəfli inkişafı istiqamətində böyük nailiyyətlər əldə olunub.

Gürcüstan-Azərbaycan əlaqələrindən söz açan səfir bildirib ki, Azərbaycanın həyata keçirdiyi kompleks inkişaf strategiyasında Gürcüstanla münasibətlər müstəsna əhəmiyyətə malikdir. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın əsasları 1996-cı ildə Azərbaycan dövlət başçısı Heydər Əliyevin Tbilisiyə etdiyi ilk tarixi səfər zamanı qoyulmuşdur. Həmin səfər çərçivəsində imzalanmış təməlqoyucu sənədlər fakt etibarilə ikitərəfli münasibətlərimizin ana xəttini müəyyən etmişdir. Onların nəticəsidir ki, bölgəmizdə meqalayihələr gerçəkləşmişdir. Nəticədə Cənubi Qafqazın yeni siması formalaşmış, bölgəmiz dünyanın geosiyasi və geoiqtisadi xəritəsində özünəməxsus yer tutmuşdur.

F.Quliyev deyib: “Azərbaycan bu 105 illiyini qeyd edən nizami ordunun da inkişafı və ölkəmizin ümumi hərbi qüdrətinin güclənməsinə nail olmuşdur. Ordumuz öz sözünü hər-hansı işğal deyil, beynəlxalq ədalətin bərpa olunması, ölkəmizin torpaqlarının azad olunmasında demişdir.

2020-ci ildə dövlətlə xalqın şəksiz birliyi sayəsində, 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük Qələbə qazanmış, şanlı Zəfərimiz 30 il ərzində həlli uzadılan münaqişəyə son qoyulmuşdur”.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi vurğulayıb.

Sonra Gürcüstan müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani çıxış edərək Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın inkişafını xüsusi qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında deyib ki, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrdə yeni islahatlar həyata keçirilməyə başlayıb.

Yarandığı gündən Azərbaycan Silahlı Qüvvələri müasir və peşəkar qüvvəyə çevrilib. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır.

Tədbir Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların nümayişi, həmçinin ölkəmizin tarixini və füsunkar təbiətini əks etdirən rəsm əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda