AZƏRBAYCANIN QADINLARDAN İBARƏT YIĞMA KOMANDASI İSRAİLLI HƏMKARLARINI MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qadın voleybol komandaları arasında beynəlxalq turnir çərçivəsində növbəti oyunlar keçirilmişdir.
Bu turda Azərbaycan voleybolçuları İsrail millisi ilə qarşılaşmışdır. Əvvəldən axıradək voleybolçularımızın üstünlüyü ilə keçən oyunda 3:1 hesablı nəticə qeydə alınmışdır.
Birgünlük fasilədən sonra - avqustun 24-də yığmamız Bolqarıstan voleybolçuları ilə görüşəcəkdir.
Bu turda Ukrayna voleybolçuları Yunanıstan komandası üzərində 3:0 hesabı ilə qələbə qazanmışlar. Eyni nəticə Türkiyə-Bolqarıstan oyununda da qeydə alınmışdır. Türkiyə komandası qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]