Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qonaqlarının çoxu yenə rusiyalılardır

Azərbaycanın qonaqlarının çoxu yenə rusiyalılardır

Bakı, 11 fevral, AZƏRTAC

RİA-Novosti agentliyinin saytında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm Departamentinin rəisi Aydın İsmiyevin “Azərbaycanın qonaqlarının çoxu yenə rusiyalılardır” sərlövhəli müsahibəsi dərc edilib.

Müsahibədə qeyd edilir ki, Azərbaycanın qonaqlarının çoxu Rusiya, Gürcüstan, Türkiyə və İrandan olan turistlərdir. A.İsmiyev deyir: “Ölkəmizə əsas turist axını məhz Azərbaycanla həmhüdud ölkələrdən gəlir. Sonrakı yerləri Avropa və Cənub-Şərqi Asiya ölkələri tutur. Azərbaycanın qonaqları arasında ən çoxsaylı qrup Rusiyadan olan turistlərdir. Bunun əsas səbəbi etnik turizmdir, çünki Rusiyada yaşayan, Rusiya pasportları almış soydaşlarımız mütəmadi olaraq Azərbaycana - öz qohumlarına baş çəkməyə və ya tətilə gəlirlər. Azərbaycana hər il təqribən 2,4 - 2,5 milyon əcnəbi turist gəlir. Onlardan 600-800 min nəfəri Rusiyanı təmsil edir”.

Tarixdə ilk Avropa Oyunları dövründə Bakıya gələcək turistlərin sayı barədə sualın cavabında A.İsmiyev deyib: “İnsanlar bu Oyunlara çox böyük maraq göstərirlər. Hətta idmançıları və məşqçiləri nəzərə almasaq belə, həmin dövrdə ölkəmizə turist axınının xeyli artacağını gözləyirik. Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsi keçirilərkən təkcə ölkənin paytaxtına 50 minə yaxın qonaq gəlmişdi. Onlardan 6-7 mini müsabiqənin iştirakçıları və müxtəlif nümayəndə heyətlərinin üzvləri idi. Belə bir məlumat var ki, mahnı müsabiqəsinin keçirildiyi 15 gün ərzində Azərbaycan sərhədindən keçmiş insanların sayı 103 min nəfər olub, halbuki adi vaxtda bu göstərici 30-40 min nəfər həddində olur”.

A.İsmiyev ölkəmizdə turizmin inkişafı barədə söhbət açaraq deyib: “Azərbaycan iqtisadiyyatı üçün yeni sahə olan turizm təxminən 10 ildir ki, inkişaf edir. Qardaş Türkiyədə turizm sahəsi 1968-ci ildən mövcuddur, bizdə isə Gənclər, İdman və Turizm Nazirliyi yalnız 2001-ci ildə yaradılıb. Sonra, 2006-cı ildə mədəniyyət və turizm sahələrini birləşdirmək istədilər və yeni bir nazirlik - indiki Mədəniyyət və Turizm Nazirliyi yaradılması qərara alındı. İndi biz həm turizm vasitəsilə mədəniyyəti təbliğ edir, həm də mədəniyyətin köməyi ilə turizmi inkişaf etdiririk”.

Departamentin rəisi xatırladıb ki, Azərbaycan hökuməti ölkəmizə gələn qonaqların sayını artırmaq xatirinə viza verilməsi qaydasını sadələşdirib. 2013-cü il martın 15-dən etibarən dünyanın istənilən ölkəsinin vətəndaşı heç bir problemlə üzləşmədən elektron viza rəsmiləşdirə bilər. Dünyanın 55 turizm şirkəti bu xidmət növündən istifadə etmək üçün zəruri kodlar alıb. Fiziki şəxslər isə bu cür vizanı yalnız akkreditə edilmiş turizm şirkəti vasitəsilə ala bilərlər. Həmin şirkət Azərbaycana onun vasitəsilə gələn insanlara görə məsuliyyəti öz üzərinə götürür. Bu cür vizanın qiyməti cəmi 20 dollar, səfirlik vasitəsilə alınan vizanın qiyməti isə 60 dollara yaxındır. Bundan əlavə, ölkəyə gəlmək üçün elektron viza alınması xeyli tez və asan başa gəlir.

A.İsmiyev deyib: “Hesab edirəm ki, 10 il ərzində çox iş görülüb. Bu müddətdə turizm üzrə bütün statistik göstəricilər üç-dörd dəfə artıb. Son iki-üç ildə altı brend otel şəbəkəsi (“Four Seasons”, “Hyatt”, “Kempinski”, “Sheraton”, “Mariott”, “Hilton”) yaradılıb. Biznes sinfinə aid otellər çox sürətlə inkişaf edir. Biz “premium” sinfinə aid otellərə çox ümid bəsləyirik, çünki hesab edirik ki, turizmin inkişafına başlamaq üçün 4 və 5 ulduzlu otellər tikilməlidir. Biznesmenlər və yüksək vəzifəli məmurlar bu cür otelləri görəndən sonra ölkəmizin potensialını qiymətləndirəcək və bu istiqamətin təbliğinə kömək edə biləcəklər”.

Departament rəisi Azərbaycanda qış turizmindən söhbət açaraq bildirib ki, 2012-ci ildə ölkəmizdə ilk dağ xizəyi kurortu - “Şahdağ” yaradılıb. Azərbaycanlıların özlərinin arasında çox populyar olan bu kurort respublika hüdudlarından kənarda da məşhurlaşmağa başlayır. O deyib: “Yeri gəlmişkən, “Şahdağ” - təkcə dağ xizək idmanı kompleksi deyil. Yay vaxtı orada dağlarda piyada, at belində və ya velosipedlə gəzməyi xoşlayan adamlar da istirahət edirlər”.

A.İsmiyev Qəbələ rayonunda yerləşən “Tufandağ” dağ xizək idmanı kompleksindən də söhbət açaraq bildirib: “2014-cü ildə bu kurortun birinci növbəsi istifadəyə verilib. On xizək yolundan beşi və dörd kanat yolu artıq fəaliyyətdədir. “Şahdağ” kompleksində olduğu kimi, burada da bütün dağ-xizək yolları “süni qar” sistemi ilə təchiz olunub”.

A.İsmiyev çimərliklərdə istirahət mövzusuna toxunaraq deyib: “İlk növbədə Xəzər dənizinin sahilində yerləşən “Jumeirah Beach” otel zonasını qeyd etmək istərdim. Bu zonanın özünəməxsus iqlimi kardioloji xəstəliklərdən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Bütün dünyada yeganə “ozon dalğası” burada mövcuddur. Onun sayəsində ürək xəstəlikləri dava-dərmansız, yalnız hava ilə müalicə olunur”.

A.İsmiyevin sözlərinə görə, bir neçə turizm-rekreasiya zonasının sənədləri təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub. Belə zonalardan birincisi Bakının Xəzər sahili boyunca yerləşən ərazidə yaradılacaq geniş turizm zonası olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək