SİYASƏT
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Tbilisi, 6 iyul, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 6-da Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Nazir Rəşad Nəbiyevi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Qeyd edək ki, R.Nəbiyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşləri nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi