AZƏRBAYCANIN RUS İCMASI ÖZÜNÜN 15 İLLİYİNİ QEYD EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-24-də Azərbaycanın Rus icması (ARİ) özünün 15 illiyini qeyd edəcəkdir.
ARİ-dən AZƏRTAC-a bildirmişlər ki, bayram çərçivəsində “Ruslar Azərbaycan tarixində” kitabının təqdimatı, ARİ Respublika Şurası üzvlərinin respublika rəhbərliyi ilə görüşü planlaşdırılmışdır.
“Azərbaycanın rus icması-15 illik yol” konfransının keçirilməsi, ARİ fəallarının mükafatlandırılması, tələbələrə Moskva meri təqaüdlərinin təqdim edilməsi və Ümumrusiya Azərbaycan Konqresi ilə sazişin imzalanması da nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Azərbaycanın Rus icması 1993-cü il mayın 5-də yaradılmışdır. O vaxtdan bəri Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin icmanın əvəzsiz sədridir.
ARİ rus millətinin Azərbaycanda yaşayan təqribən 70 min nümayəndəsini öz sıralarında birləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:31]
Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb
- 18.06.2026 [12:20]
Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO
- 18.06.2026 [12:05]
XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO
- 18.06.2026 [11:58]
Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev
- 17.06.2026 [23:50]
Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb VİDEO
- 17.06.2026 [22:49]