Azərbaycanın şahmat millisi dünya çempionatına vəsiqə üçün Özbəkistanla qarşılaşacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.
Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq.
Turnirə seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıda təşkil olunacaq.
İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.
Azərbaycan millisinin seçmə matçda çıxış edəcəyi heyət bəlli olub. Bunlar Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyevadır. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.
Görüşün baş hakimi Faiq Həsənovdur.
Qeyd edək ki, yarışın açılış mərasimi noyabrın 1-də saat 11-00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]