AZƏRBAYCANIN SƏRMAYƏ STRUKTURU HAQQINDA YENİ MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR
Beynəlxalq Sərmayə və Tikinti İqtisadiyyatı Akademiyası (BŞTİA) iqtisad elmləri doktoru, BŞTİA-nın akademiki İmran Mehdiyevin ”Azərbaycanın sərmayə strukturu və onun iqtisadiyyatın inkişafına təsiri” monoqrafiyasını nəşr etmişdir.
AZƏRTAC xəbər verir ki, Moskvanın “MAKS-Press” nəşriyyatında çapdan buraxılmış monoqrafiyada müasir təsərrüfatçılıq şəraitində sərmayə-tikinti fəaliyyəti inkişafının sosial-iqtisadi, elmi-texniki problemləri ümumiləşdirilmiş şəkildə öz əksini tapmışdır. Kitabın Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi, sərmayə fəaliyyətinin stimullaşdırılmasına yeni münasibətlər, ətraf mühitin mühafizəsinə kapital qoyuluşu, xidmət sahələri və kiçik sahibkarlığın inkişafının hüquqi və təcrübi məsələləri və s. kimi bölmələri vardır. Giriş, 11 bölmə və nəticədən ibarət monoqrafiya rəhbər işçilər, iqtisadçılar, menecerlər, kommersiya bankları üçün faydalı vəsaitdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]