Azərbaycanın termal turizm imkanları böyükdür
Bakı, 1 avqust, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı layihənin eksperti Mişel Tomas Pinet və Türkiyənin Bursa valisinin müavini Əhməd Hikmət Şahin ölkəmizdə səfərdə olublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqlar səfər müddətində Azərbaycanın termal turizm imkanları ilə tanış olmaq üçün bir sıra bölgələri ziyarət ediblər.
Səfərlə bağlı təəssüratlarını bölüşən qonaqlar Bakıda və səfər etdikləri bölgələrdə inanılmaz dərəcədə böyük inkişaf gördüklərini vurğulayıblar. Birhəftəlik səfər çərçivəsində qonaqlar həm Bakını gəzib, həm də Masallı, Qəbələ və Siyəzən rayonlarının termal su mənbələri ilə tanış olub, turizm infrastrukturunu görüblər. Bu rayonların tarixi haqqında da onlara geniş məlumatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]