Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın turizm potensialı müxtəlif ölkələrdə silsilə tədbirlərlə təbliğ olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycanın turizm potensialının gəlmə turizmi baxımından prioritet sayılan ölkələrdə təbliği, turizm şirkətləri arasında əlaqələrin qurulması, turizm bazarının təhlili və digər məsələlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində müvafiq nümayəndəliklər yaradılıb. Nümayəndəlik funksiyalarını müvafiq ölkədə fəaliyyət göstərən və turizm potensialının təbliğində ixtisaslaşan şirkətlər daşıyır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ildə Azərbaycanın turizm potensialının Rusiya turizm bazarında təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə müvafiq ixtisaslaşmış şirkət arasında bağlanmış müqaviləyə əsasən bu ölkədə turizm nümayəndəliyi fəaliyyətə başlayıb və uğurlu təbliğat işləri aparıb.

İşlər çərçivəsində Rusiyanın məşhur “Discovery”, “Vokruq Sveta” və “Qoryaçaya Liniya” jurnallarında ölkəmizə həsr olunmuş məqalələr və reklamlar yerləşdirilib. Həmçinin bu ilin aprel ayında Rusiyanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri olub və ikitərəfli görüş keçirilib. Cari ilin iyununda Rusiyanın işgüzar turizm (MİCE) ilə məşğul olan şirkətləri üçün Azərbaycana infotur təşkil olunub. İnfotur çərçivəsində keçirilmiş seminarda Rusiyanın MİCE turizm şirkətlərinin nümayəndələri və Azərbaycan Konqreslər Bürosu üzvləri arasında görüşlər keçirilib.

Əməkdaşlığın nəticəsi olaraq Moskvanın mərkəzi küçələrində 60 reklam lövhəsində Azərbaycana dair reklamlar yerləşdirilib.

Nazirlik tərəfindən ölkəmizin turizm potensialının Almaniyada təbliği məqsədilə də bir sıra işlər görülüb. Əməkdaşlıq çərçivəsində “İMEX” beynəlxalq turizm sərgisi ərəfəsində Frankfurtda şəhərin 62 reklam lövhəsində Azərbaycana dair reklam yerləşdirilib. Həmçinin “İMEX” beynəlxalq turizm sərgisi çərçivəsində işgüzar turizm şirkətləri ilə görüş, Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizin turizm imkanları barədə təqdimat keçirilib.

Bundan əlavə olaraq, “HolidayCheck.com” səyahət saytında Azərbaycanın turizm potensialına dair alman dilində mikrosayt yaradılıb və bu sayt iyulun 16-dan avqustun 20-dək fəaliyyət göstərib. Saytda ölkəmiz haqqında ümumi məlumat, sağlamlıq, günəş və çimərlik, mədəniyyət haqqında məlumatlar yer alıb. Mikrosayta 1 ay ərzində ümumi 719 226 baxış olub. Bundan əlavə facebook sosial şəbəkəsində yaradılmış “Aserbaidschan Tourismus” səhifəsinə daha çox “like” toplamaq məqsədilə sentyabrın 17-dən 30-dək reklam kampaniyası keçirilib. Avqustun 11-dən noyabrın 2-dək yerli əhalinin Azərbaycan haqqında maarifləndirilməsi məqsədilə uduşlu onlayn sorğu keçirilib. Əsas uduş Bakıda 4 günlük pulsuz gecələmə olub.

Bu ilin avqust ayında Almaniyanın 10 aparıcı turizm şirkəti üçün ölkəmizə infotur təşkil olunub. Tədbirin nəticəsində yeni biznes əlaqələri qurulub.

Turizm nümayəndəliyi ilə Azərbaycana tur təklif edən “Dertour” və “Berge&Meer” alman turizm şirkətləri arasında müqavilə imzalanıb. Həmin şirkətlər ölkəmizə turların satılmasını təmin edəcəklər.

Qeyd olunanlarla yanaşı, Almaniyanın 10 nəfərdən ibarət aparıcı KİV nümayəndələri üçün ölkəmizə press-tur təşkil olunub. Press-turun nəticəsi olaraq puriy.de bloqunda, www.gmx.net, www.mortimer-reisemagazin.de, blogstars.travelbook.de, www.gour-med.de saytlarında və RP Online jurnalında ölkəmizə dair məqalələr və video-çarxlar yerləşdirilib.

Bir sıra qarşılıqlı silsilə tədbirlərlə yanaşı, Almaniyadakı turizm nümayəndəliyi ilə Azərbaycan Konqreslər Bürosunun birgə birliyi nəticəsində Almaniyanın “İCJ magazine” və “CİM magazine” jurnallarında ölkəmizin işgüzar turizm potensialına dair reklam səhifələri yerləşdirilib.

2015-ci ilin yanvar ayının sonunda Almaniya KİV-nin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycanın turizm potensialı, həmçinin, milli mətbəx nümunələri haqqında maarifləndirilməsi məqsədilə kulinariya tədbirinin keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində aşbaz tərəfindən qonaqların iştirakı ilə ölkəmizin milli yeməkləri hazırlanacaq, daha sonra isə təqdimat mərasimi keçiriləcəkdir.

2015-ci ildə Berlində keçiriləcək “İTB Berlin” beynəlxalq turizm sərgisi çərçivəsində martın 5-də Azərbaycanın milli stendində “Happy hours” tədbirinin təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində nümayəndəliyin əməkdaşları tərəfindən 25 turizm şirkəti təmsilçisinə təqdimat keçiriləcək. Həmçinin sərgidən əvvəl və sərgi çərçivəsində Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi üzrə işlər aparılır. Eyni zamanda Almaniyanın 3 şəhərində (Frankfurt, Hamburq, Münxen) “guerilla” kampaniyasının keçirilməsi planlaşdırılır. Kampaniya çərçivəsində 3 şəhərdə olan avtobus, tramvay və metrolarda Azərbaycanın turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları yerləşdiriləcəkdir.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəlik tərəfindən müvafiq press-relizlərin hazırlanması və göndərilməsi, təqdimatlar, kütləvi informasiya vasitələri ilə işin qurulması, nümayəndəlik tərəfindən ərəb dilli www.ourazerbaijan.com saytının inkişaf etdirilməsi, BƏƏ-nin turizm sənayesi nümayəndələri ilə görüşlərin təşkili, Azərbaycan rəmzləri ilə suvenirlərin sifariş olunması və paylanması və digər tədbirlər həyata keçirilib. Belə ki, cari ildə “Travel Trendz”, “Al Manara” və “Tasamim” jurnallarında “Şahdağ” Qış-Yay Turizm Kompleksi haqqında məqalələr yerləşdirilib. Nümayəndəlik tərəfindən “Bakı” və “Qəbələ” adlı yeni broşür hazırlanıb. “Etihad Airways” və “Gulfnews.com” saytlarında ölkəmizin turizm potensialına, həmçinin Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə dair məqalələr yerləşdirilib. “Pico İnternational” və “Neovii Biotech” şirkətləri üçün ölkəmizə öyrədici səfər təşkil olunub.

Turizm nümayəndəlikləri vasitəsilə ölkəmizin turizm potensialının təbliğ edilməsi turizmin marketinqinin ən effektiv vasitələrindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək