SİYASƏT
Azərbaycanın Türkmənistandakı səfirliyində seçiсi fəallığı müşahidə olunur
![](/files/galleryphoto/2024/1/1200x630/17072965761084915110_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707296576930213189_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17072965768135624_1200x630.jpeg)
Bakı, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Türkmənistan ərazisində daimi yaşayan, müvəqqəti olan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşları səfirlikdə yaradılan 48 nömrəli seçki məntəqəsində səsvermədə iştirak edirlər.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 08:00-dən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları seçki məntəqəsində səs verərək seçki hüququndan istifadə edirlər.
Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.