Azərbaycanın və Türkiyənin Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşması və Ordumuzun bölmələrinin qətiyyətli cavab tədbirləri barədə həmkarını məlumatlandırıb.
Ordu generalı Y.Güler Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızla bağlı başsağlığı verib və yaralılara şəfa diləyib. Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]