Azərbaycanın veteran futbolçusunun son durumu açıqlanıb
Bakı, 19 fevral, AZƏRTAC
İnsult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, hazırda veteran hücumçunun vəziyyəti sabitdir.
Bir neçə gündür palataya köçürülən V.Vasilyevin həyati təhlükəsinin olmadığı bildirilib: “İnsultdan sonra sol tərəfində hərəkətlilik yoxdur. Artıq reabilitasiyaya başlanıb. Normal həyata qayıtması üçün fizioterapiya kursu keçəcək”.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]