Azərbaycanın xarici işlər naziri Gürcüstana rəsmi səfərə yola düşüb
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana rəsmi səfərə yola düşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Gürcüstanın yüksək səviyyəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.