Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru TƏHLİL

Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru TƏHLİL

Bakı, 22 aprel, Hikmət Əhmədov, AZƏRTAC

XXI əsrin geosiyasi reallıqları, xüsusən də Qərbin siyasi oyunları, enerji təhlükəsizliyi və beynəlxalq hüququn pozulması kimi amillər bir çox ölkələri öz xarici siyasət konsepsiyalarını yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da bu qlobal kontekstdə öz maraqlarını qorumaq və daha etibarlı tərəfdaşlıq modelləri qurmaq üçün xarici siyasətinin coğrafi istiqamətlərini şaxələndirir. Son illərdə isə bu istiqamətlər arasında Şərq və Asiya ön plana çıxmaqdadır.

AZƏRTAC bu mövzuda analitik təhlilini oxuculara təqdim edir.

 

Azərbaycanın xarici siyasəti: Şərqə və Asiyaya doğru

Azərbaycanın xarici siyasət doktrinası uzun illərdir ki, balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub. Bu yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Lakin postpandemiya dövründə və xüsusilə 2020-ci ildən sonra regionda və dünyada baş verən proseslər, Qərbin riyakar münasibəti, Rusiya-Ukrayna müharibəsi, enerji bazarındakı dəyişikliklər Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb.

Bütün bu geosiyasi dəyişikliklər fonunda Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb. Bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından dərin məna daşıyır.

Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəal diplomatik xətt yürüdərək həm Türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik etməsi, regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri bu qurumun nüfuzunun artmasında mühüm rol oynayıb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır.

Asiyada yüksəliş: Yeni iqtisadi güc mərkəzlərində Azərbaycanın strateji rolu

Bu gün Asiya təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın strateji mərkəzinə çevrilməkdədir. Çin, Pakistan, Hindistan, Cənubi Koreya, İndoneziya, Malayziya, Sinqapur kimi ölkələrin sürətli iqtisadi artımı, texnologiya və sənayedə innovativ yanaşmaları Asiya qitəsini qlobal güc mərkəzi statusuna yüksəldib.

Çin Xalq Respublikası 2023-cü ildə təxminən 18 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsul (ÜDM) ilə dünyada ikinci ən böyük iqtisadiyyata sahib olub. Bununla yanaşı, Çin “Kəmər və yol” təşəbbüsü ilə Asiyanı, Avropanı və Afrikanı birləşdirən nəhəng ticarət və infrastruktur şəbəkəsi formalaşdırır. Bu təşəbbüs çərçivəsində Azərbaycan kimi strateji keçid ölkələri xüsusi əhəmiyyət qazanır. Ölkəmizin nəqliyyat və logistika imkanları, - xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), - Asiyanın məhsul və resurslarının Avropa bazarına çıxışı üçün əvəzolunmaz körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan artıq təkcə regionda enerji ixracatçısı yox, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır.

Çin və Azərbaycan arasında əlaqələr son illərdə yalnız ticarət sahəsində deyil, eyni zamanda, təhsil, texnologiya və infrastruktur sahələrində də dərinləşməkdədir. Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması iki ölkənin enerji, yaşıl texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığını daha da genişləndirib. Çin “Kəmər və yol” təşəbbüsündə ölkəmizin rolunu yüksək qiymətləndirir və Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək niyyətindədir. Çin texnologiya, süni intellekt və rəqəmsal transformasiya sahələrində dünya lideridir. Bu sahələrdə əməkdaşlıq Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası ilə də üst-üstə düşür.

Qardaş ölkədən strateji tərəfdaşa çevrilən Pakistan isə Azərbaycanın beynəlxalq səviyyədə ən güclü siyasi dəstəkçilərindən biri olmaqla yanaşı, iqtisadi əməkdaşlığın genişlənməsi üçün də böyük potensiala malikdir. Pakistanın Cənubi Asiyanın enerji və logistika mərkəzinə çevrilmək istəyi, Azərbaycanın isə Asiyaya açılan qapı kimi mövqeyi iki ölkəni daha sıx əməkdaşlığa vadar edir. Ölkələrimiz arasında enerji, müdafiə sənayesi, tekstil və əczaçılıq sahələrində əməkdaşlıq perspektivləri xüsusilə əhəmiyyətlidir.

Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla Azərbaycanın münasibətləri isə yalnız ortaq türk-mədəni və tarixi köklərə deyil, həm də real iqtisadi maraqlara əsaslanır. Bu ölkələrlə enerji ticarəti, kənd təsərrüfatı, nəqliyyat-logistika, su resurslarının idarə olunması və rəqəmsallaşma sahələrində çoxsaylı razılaşmalar və layihələr həyata keçirilir. Mərkəzi Asiya ölkələri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi və iqtisadi inteqrasiya modeli inkişaf edir. Azərbaycan bu təşkilatın fəal üzvü olaraq, region ölkələri ilə transregional enerji və nəqliyyat layihələri sahəsində təşəbbüskar mövqe tutur. Məsələn, Türkmənistan qazının Trans-Xəzər enerji dəhlizi vasitəsilə Azərbaycan ərazisindən Avropaya ötürülməsi məsələsi gündəmdədir. Həmçinin Orta Asiyadan Türkiyə və Avropaya uzanan yükdaşımalarında Azərbaycan əsas tranzit məntəqələrindən biridir.

Asiya ölkələri ilə əməkdaşlıq yalnız ticarət və nəqliyyatla məhdudlaşmır. Rəqəmsal transformasiya, yaşıl enerji, smart kənd təsərrüfatı və texnoloji startaplar sahəsində Asiya dövlətlərinin təcrübəsi, Sinqapurun ağıllı şəhər idarəçiliyi, Cənubi Koreyanın rəqəmsal hökumət modeli və Çinin alternativ enerji texnologiyaları Azərbaycanın milli inkişaf strategiyası ilə üst-üstə düşür. Bu sahələrdə təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.

Əminliklə deyə bilərik ki, Asiya artıq təkcə uzaq bazar yox, Azərbaycan üçün strateji tərəfdaşlar coğrafiyasıdır. Bu regionla çoxşaxəli əməkdaşlıq ölkəmizin yalnız iqtisadi gələcəyinə deyil, beynəlxalq nüfuzuna və regional liderliyinə də birbaşa təsir göstərir. Azərbaycanın qlobal ticarət və enerji dəhlizlərinin mərkəzində yerləşməsi Şərqlə Qərbi birləşdirən körpü rolunu daha da gücləndirir.

Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında strateji niyyətin ifadəsi

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində müşahidə olunan yeni vektorların mahiyyətini aydın şəkildə izah etdi. Prezident çıxışı zamanı Azərbaycanın xarici siyasətinin Şərqə və Asiyaya yönəldiyini xüsusi olaraq vurğuladı. Bu, ölkəmizin artıq təkcə Qərb tərəfdaşları ilə deyil, Şərqdə yerləşən yeni iqtisadi və siyasi güc mərkəzləri ilə sistemli əməkdaşlıq qurmağa qərarlı olduğunu göstərdi.

Prezidentin çıxışı qlobal və regional reallıqları dərindən analiz edən məqamlarla zəngin idi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təkcə alternativ axtarışı deyil, çoxqütblü dünya nizamında balanslaşdırılmış siyasət yürütmək strategiyasına əsaslanır. Ölkə Prezidenti bu yanaşmanı Azərbaycanın müstəqil və milli maraqlara söykənən xarici siyasət xəttinin təzahürü kimi təqdim etdi.

Prezident İlham Əliyev, həmçinin bildirdi ki, Qərbdə mövcud olan ikili standartlar, xüsusilə də Ermənistan-Azərbaycan münasibətləri fonunda sərgilənən ədalətsiz yanaşmalar, Azərbaycanın yeni strateji tərəfdaşlıq marşrutları üzrə fəaliyyətini gücləndirməyə sövq edib. Azərbaycan Prezidentinin sözlərinə görə, Asiya və Şərq ölkələri ilə əməkdaşlıq daha real, qarşılıqlı hörmətə və ədalətə əsaslanır. Prezidentin bu çıxışı ilə ölkəmizin xarici siyasətində Şərqə və ya Asiyaya yönəlik kursun artıq konseptual çərçivədə təsdiqləndiyi, dövlət strategiyasına çevrildiyi aydın şəkildə elan edilmiş oldu. Bu çıxış yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq tərəfdaşlara ünvanlanmış diplomatik mesaj idi: Azərbaycan gələcək inkişafını yalnız bir tərəfə yönəlmiş siyasətlə deyil, balanslı, tərəfdaşlığa əsaslanan və çoxtərəfli münasibətlər üzərindən qurmaq niyyətindədir.

Bu Forumdan sonra müşahidə olunan beynəlxalq səfərlər, diplomatik fəallıq və ikitərəfli əməkdaşlıq formatlarının artması, Prezidentin ADA-da səsləndirdiyi mesajların artıq praktiki siyasi və iqtisadi nəticələr doğurduğunu göstərir.

Qərbin ikili standartları və etimadsız siyasəti

Azərbaycanın Qərblə münasibətləri uzun müddət qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq şəklində inkişaf etsə də, son illərdə bu münasibətlərdə ciddi soyuqluq müşahidə olunmaqdadır. Bu soyuqluğun əsas səbəblərindən biri Qərbin regiondakı proseslərə subyektiv, ikili standartlar çərçivəsində yanaşmasıdır.

Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Qərb institutlarının, o cümlədən Avropa Parlamenti və bəzi Qərb ölkələrinin media orqanlarının Azərbaycanın haqlı mövqeyinə qarşı ədalətsiz və qeyri-obyektiv münasibəti ictimaiyyətin geniş narazılığına səbəb olmuşdu. Daha sonralar Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsi və Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silah yardımı göstərməsi regionda gərginliyi artırmaqla yanaşı, Qərbin vasitəçilik missiyasını şübhə altına almış oldu.

Bu hadisələr Azərbaycanda Qərbə qarşı etimadsızlıq yaratmaqla yanaşı, strateji qərarların istiqamətini də dəyişdirdi. Azərbaycanın tərəfsiz və ədalətli mövqe gözlədiyi Avropa strukturları tərəfindən birtərəfli şəkildə Ermənistana dəstək verilməsi ölkəmizi alternativ geosiyasi tərəfdaşlara üz tutmağa sövq etdi.

Diplomatik fəallıq: Şərq ölkələri ilə sıx əməkdaşlıq

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Şərq və Asiya ilə münasibətlərində nəzərəçarpacaq dərəcədə artan diplomatik fəallıq son illərin xarici siyasət xəttinin bariz göstəricisidir. Bu fəallıq həm ikitərəfli, həm də çoxtərəfli formatda özünü göstərir.

Prezident İlham Əliyevin aprelin 22-də Çinə dövlət səfəri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Çin Azərbaycanın Orta Dəhliz layihəsindəki rolunu yüksək qiymətləndirir və regionda bu əməkdaşlıq yeni enerji və ticarət marşrutlarının formalaşmasına zəmin yaradır.

Pakistanla münasibətlər də yüksələn xətt üzrə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu il fevralın 24-də ölkəmizə dövlət səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Bununla yanaşı, İran və Vyetnam prezidentlərinin Azərbaycana nəzərdə tutulan səfərləri, İsrail rəsmilərinin ardıcıl olaraq Bakıya gəlmələri, Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli və çoxsaylı qarşılıqlı səfərlərin davam etməsi, COP29 çərçivəsində bir çox Şərq liderlərinin ölkəmizə səfərləri, ECO (İqtisadi Əməkdaşlıq Təşkilatı) Sammitinin Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar, eləcə də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin intensiv şəkildə güclənməsi - bütün bunlar Azərbaycanın Şərq və Asiya istiqamətində fəal, çoxşaxəli və strateji xarici siyasət kursunun bariz təzahürüdür.

Qərbin səhvini anlaması və Azərbaycanın strateji dönüşü: Yeni prioritet - Şərq və Asiya

Son aylarda Avropa İttifaqı (Aİ) rəsmilərinin və Qərb liderlərinin Azərbaycana münasibətində müəyyən yumşalma və korrektə cəhdləri müşahidə olunur. Xüsusilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya rəsmi səfəri, Qərbin illərdir yol verdiyi birtərəfli, ikili standartlara əsaslanan yanaşmaların fəsadlarını, nəhayət, anlamağa başladığını göstərir. Bu səfər təkcə rəmzi diplomatik jest deyil, həm də Qərbin etimadı bərpa etmək üçün təşəbbüs göstərməyə məcbur qalmasının əlamətidir. Lakin bu etimadın bərpası artıq yalnız bəyanatlarla deyil, real, davamlı və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqla mümkün olacaq.

Bu kontekstdə Azərbaycanın xarici siyasətində baş verən strateji dəyişikliklər daha da aktuallaşır. Son illər ölkənin xarici siyasəti reaktiv deyil, proaktiv və çoxşaxəli planlama əsasında qurulur. Şərq və Asiya istiqamətinə yönəlmiş bu yeni xarici siyasət xətti Azərbaycanın müstəqil qərarvermə qabiliyyətini və regiondakı geosiyasi prosesləri düzgün analiz etdiyini sübut edir. Artıq Azərbaycan yalnız Asiya ilə əməkdaşlıq edən tərəf deyil, Avropa və Asiyanı birləşdirən mühüm körpünün mərkəzinə çevrilməkdədir.

Daha önəmlisi isə bu siyasət təkcə diplomatik deyil, iqtisadi, texnoloji, nəqliyyat-logistika və təhlükəsizlik sahələrini də əhatə edir. Bu yanaşma ölkəmizin regional və qlobal miqyasda oyunçu statusunu gücləndirir. Azərbaycanın Şərq və Asiya ölkələri ilə qurduğu tərəfdaşlıq platformaları bir tərəfdən onun iqtisadi suverenliyini və dayanıqlığını artırır, digər tərəfdən isə Qərbə qarşı alternativ əlaqə marşrutlarının və seçimlərinin olduğunu göstərir.

Nəticə etibarilə Qərbin gecikmiş jestləri Azərbaycanın artıq çoxdan müəyyənləşdirdiyi yeni xarici siyasət prioritetlərini dəyişmir, əksinə, həmin prioritetlərin nə qədər düzgün və uzaqgörən olduğunu bir daha təsdiqləyir.

Bir sözlə, Azərbaycanın xarici siyasətində müşahidə olunan istiqamət dəyişikliyi təsadüfi və müvəqqəti reaksiya deyil, düşünülmüş və strateji qərardır. Şərqə və Asiyaya yönəlmiş bu siyasət Azərbaycanı yalnız regionun deyil, həm də Avrasiya məkanının yeni diplomatik və iqtisadi mərkəzlərindən birinə çevirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

Lənkəranda ağır qəza: ölən və xəsarət alanlar var

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH

“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib

® “Bolt for Business” Baku ID 2026-nın dəstək tərəfdaşıdır

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər

Tarixi izlərin məhv edilməsi ərazinin keçmişinə dair ictimai təsəvvürə təsir edən yaddaş siyasətidir - RƏY