Azərbaycanlı alimin “Folklor və islam” probleminin nəzəri əsasları seriyasından kitabları nəşr olunub
Bakı, 23 aprel, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun Türkiyədə iki kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimin “Folklor və islam” probleminin nəzəri əsasları seriyasından olan iki fundamental əsəri - “Oğuznamə eposu və islam” və “Epik folklor sistemində islam” Türk Dünyası Elmlər Akademiyası və MerAk Akademiyasının birgə layihəsi olaraq nəşr edilib.
Folklorşünaslıq sahəsində ilk və orijinal dəyərə malik kitabların redaktoru türkiyəli alim, professor Ali Arslan Durmuşdur.
Kitablar Macarıstan, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Qırğızıstan və Başqırdıstanda da nəşrə hazırlanır.