Azərbaycanlı doktorant Rusiyada elmi konfransda sertifikata layiq görülüb
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun immunogenetika şöbəsinin doktorantı Əminə Rəkidə Rusiya Federasiyasında 4 günlük ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən “Lomonosov-2019” tələbələr, doktorantlar və gənc alimlərin XXVI beynəlxalq elmi konfransında iştirak edib. Ə.Rəkidə konfransda ‟SSR markerlərdən istifadə etməklə Azərbaycanda yayılmış ərik nümunələrinin (Prunus armeniaca L.) genetik müxtəlifliyinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.