Azərbaycanlı futzal hakimləri beynəlxalq turnirlərə təyinat alıblar
Bakı, 31 iyul, AZƏRTAC
Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, FIFA referisi Yusif Nurullayev çempionatın “C” qrupunun avqustun 20-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək oyunlarını idarə edəcək. Bu qrupda Belarus, Ermənistan və Moldova milli komandaları yer alıblar.
Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”, “Makkabi Nahalat Yitjak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun görüşləri avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]