Azərbaycanlı hakim Türkiyə klubunun oyununa təyinat alıb
Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, o, yanvarın 15-də qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçını idarə edəcək.
E.Zülfüqarov Türkiyənin “Eczacıbaşı” və Yunanıstanın “Olimpiakos” klublarının cavab qarşılaşmasında baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini polşalı Voyçek Maroşek yerinə yetirəcək. Oyun İstanbul şəhərində yerləşən “Eczacıbaşı Spor Salonu”nda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]