AZƏRBAYCANLI HƏKİM MÜRƏKKƏB CƏRRAHİYYƏ ƏMƏLİYYATI APARMIŞDIR
Mərkəzi Klinik Xəstəxananın (MKX) kardiocərrahı Kamran Musayev mürəkkəb cərrahiyyə əməliyyatı aparmışdır. Azərbaycan təbabəti tarixində ilk dəfə olaraq eyni vaxtda aortanın və qaraciyər arteriyalarının anevrizminin aradan qaldırılması üçün cərrahiyyə əməliyyatı həyata keçirilmişdir.
Kamran Musayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 42 yaşlı Kərim Əliyev xəstəxanaya sinəsində kəskin ağrılarla çatdırılmışdı. Müayinələr nəticəsində nadir patologiya aşkar edilmiş və təcili surətdə cərrahiyyə əməliyyatı aparılması məsləhət görülmüşdür.
8 saat davam edən əməliyyat uğurla başa çatmışdır. Xəstə bu mürəkkəb əməliyyatı aparmış həkimlər briqadasının peşəkarlığını yüksək qiymətləndirmişdir. İndi o özünü çox yaxşı hiss edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]