AZƏRBAYCANLI TƏLƏBƏNİN SORBONNA UNİVERSİTETİNDƏ SOLO KONSERTİ
Martın 12-də məşhur Sorbonna Universitetinin Fransanın tarixində müstəsna rol oynamış kardinal Rişelyenin adını daşıyan möhtəşəm konsert salonunda həmyerlimiz Səidə Zülfüqarovanın solo konserti məhz bu qəbildəndir. “Burada və sabah” devizi altında keçirilən tələbə yaradıcılığı festivalı çərçivəsində pianoda solo konserti ilə çıxış etmiş S.Zülfüqarova dahi Üzeyir Hacıbəyovun, habelə Qara Qarayev və Cövdət Hacıbəyovun əsərləri ilə yanaşı, Avropa bəstəkarları Bethoven, Şopen və Ravelin əsərlərindən parçaları məharətlə ifa etmişdir. Onun hər çıxışı musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
2002-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsini bitirən S.Zülfüqarova hazırda Sorbonna Universitetinin müsiqişünaslıq fakültəsində təhsilini davam etdirir. O, Fransada olduğu iki il müddətində başqa şəhərlərdə də solo konsertləri ilə çıxış etmişdir.