SİYASƏT
Azərbaycanlıların Çexiyada uğurla tədbir keçirmələri erməniləri yalana əl atmağa vadar edir
Bakı, 1 mart (AZƏRTAC). AZƏRTAC-a Çexiyada “Azerbaijan Student Network” tələbə təşkilatının (ASN) nümayəndəsi Eldar Vəliyevin məktubu daxil olmuşdur.
AZƏRTAC məktubun mətnini olduğu kimi dərc edir.
X X X
Ermənilərin nağıl uydurmaq bacarığı artıq Qafqazın bütün ərazisində dillərdə dastandır, lakin qonşular öz “yaradıcılığı” ilə bizi təəccübləndirməkdən usanmırlar. “Azerbaijan Student Network” tələbə təşkilatının Çexiyanın paytaxtı Praqanın ən izdihamlı meydanlarından birində keçirdiyi kütləvi tədbirə Ermənistandan reaksiya dünən gəldi.
Ermənilərin fantaziyasının “yüksək” səviyyəsi həmişə olduğu kimi bu dəfə də bizi mat-məəttəl qoydu. Beləliklə, məqalələrin elə ilk cümlələrində ermənilər utanıb-qızarmadan yalan toqquşdurmağa (nə etməli, onsuz da kağız hər şeyə dözür) başladılar. Erməni jurnalisti Çexiyadakı erməni diasporunun adı çəkilməyən nümayəndəsinin sözlərinə istinad edərək yazır ki, guya tədbirin sponsoru Azərbaycan səfirliyinin köməyi ilə Heydər Əliyev Fondu olmuşdur.
http://www.panorama.am/ru/society/2014/02/27/azerbaijan-czech-armenia/
http://news.am/rus/news/196422.html
http://www.panorama.am/en/popular/2014/02/27/azerbaijan-czech-armenia/
http://asbarez.com/120055/local-residents-thwart-azeri-event-in-prague/
Cənab ermənilər, tam məsuliyyətlə bəyan edirəm ki, qaranlıq otaqda qara pişik axtarmağa gərək yoxdur, çünki orada qara pişik yoxdur. “Azerbaijan Student Network” özü tədbirlər təşkil edir və Heydər Əliyev Fondunun ona heç bir aidiyyəti yoxdur və onunla bağlı deyildir.
Daha sonra elmi-fantastik ruhda əsl erməni “boyeviki” gəlir. Guya “hiddətlənmiş” yerli sakinlər azərbaycanlıların çadırını hücumla (məşhur Berkut kimi) ələ keçirir, onları nə az, nə çox “Praqada irqçilik” təbliğatına son qoymağa məcbur edirlər. Belə hücum nəticəsində “azərbaycanlılar rüsvayçılıqla geri çəkilir, antierməni məzmunlu materiallarını yığışdırmaq, pulsuz şirniyyat və çayla yoldan keçənlərin könlünü almaq məcburiyyətində qalır”.
Nə deməli, ssenarinin bu dərəcədə dramatik gedişatına hər bir tanınmış Hollivud ssenariçisi həsəd apara bilərdi. Amma məsələ bundadır ki, həmin gün heç bir qızğın müzakirə, Çexiya vətəndaşlarından ibarət hiddətlənmiş dəstələr müşahidə olunmayıb. Əksinə, sülh və anlayış hökm sürürdü. Üstəlik, bütün gün ərzində böyük plazmalı ekranda irqçiliyi və ermənifobiyalılığı nəzərə çarpmayan CNN və France 24TV kimi kanalların Xocalı və Qarabağ müharibəsi barədə xəbər çarxları göstərilmiş və səsləndirilmişdir. Bizi heç kəs nəyisə yığışdırmağa və ya sərginin planına dəyişiklik etməyə məcbur etməyib. Biz bütün gün ərzində, sərgi bağlanana qədər maneəsiz olaraq Azərbaycan, Xocalı və Qarabağla bağlı kitablar və broşürlər paylamışıq.
Sonuncu bəndə gəldikdə isə Azərbaycan halvası sadəcə şirniyyat deyildir, matəm mərasimlərində paylanan ehsandır və artıq üçüncü ildir tədbirlərimizdə paylanır.
Nə mən, nə də Azərbaycan səfiri bu tədbirin məramını ört-basdır etməyə çalışmamışıq, bunun isə iki mənası var: Xocalı hadisələri təkrarlanmamalıdır. Cinayət barədə məlumatlı olmaq və bu qanlı cinayəti törətmiş işğalçıları məsuliyyətə cəlb etmək bunun qarantı olacaqdır.
Sonunda qeyd etmək istəyirəm ki, “Azerbaijan Student Network” bütün tədbirlərin foto və videoçəkilişlərini aparır. Erməni tərəfi istəsə, sərginin necə uğurla keçirildiyini onlara əyani şəkildə göstərə bilərik. Görünür, ötənilki təhdidlərinin nəticəsizliyinə əmin olan erməni diasporu bu il simasını yalanla xilas etmək qərarına gəlib. Lakin, cənablar, yalan ayaq tutar, yeriməz. Artıq qaş qaralanda planauyğun şəkildə yığışdırılan çadırların və sərginin fotoşəkillərini azərbaycanlıların geri çəkilməsi kimi təqdim etməyə ehtiyac yoxdur. Bütün gün ərzində ətrafımızda bir nəfər də olsun erməni görmədik. Görünür, onlar ağacların arxasında çox yaxşı gizlənmişdilər.