“Azəriqaz” İB-nin baş direktoru videobağlantı ilə vətəndaş qəbulu keçirib
Bakı, 26 iyul, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Oğuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.
İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Qəbulda bölgənin 10-dan çox vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qazdan istifadəyə görə yaranan borcların ödənişində güzəştlərin edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.
Baş direktor qarşıda gələn Qurban bayramı münasibətilə bir neçə müraciətin (fərdi qaz çəkilişləri, qapı keçidləri üçün qaz xətlərinin yerinin dəyişdirilməsi və s.) Birliyin hesabına həyata keçiriləcəyini bildirib. Zaqatala regional qaz istismarı İdarəsinin rəhbərliyinə tapşırıq verilib ki, həmin müraciətlər ən geci Qurban bayramına qədər icra edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]