İQTİSADİYYAT
“Azərişıq”: Paytaxt və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil edilib
Bakı, 24 fevral, AZƏRTAC
Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ötən gün axşam saatlarından başlayaraq səhərədək və hazırda da əməkdaşlar fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar Qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq.
Qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
İstehlakçılara bildirilir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]